Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda maşın qəflətən alovlandı, qapıları kilidləndi - Video

Bakıda "BMW" markalı maşın yanıb.

Oxu.Az xəbər verir ki, hadisə Mikayıl Əliyev küçəsində, "Neolit" şadlıq sarayının yaxınlığında baş verib.

Hadisənin görüntüləri oxucular tərəfindən redaksiyamıza göndərilib. Bildirilir ki, yanğın avtomobilin salonunda başlayıb. Maşının qapıları kilidləndiyi üçün sürücü və sərnişinlər şüşələri sındıraraq yanğından xilas ola biliblər.

Videodan görünür ki, yanan maşını FHN əməkdaşları deyil, ətrafda olan insanlar söndürməyə çalışır.

Son xəbərlər
Bütün xəbərlər »