Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Meyxanaçı Samirə:"Sevgilim məndən 12 yaş kiçikdir"

"Oğlum və qızım sabah gedib ailə həyatı qurub, həyat yoldaşlarının yanınsa olacaq. Bəs mənim yanımda kim olacaq? Ona görə də ailə üzvlərim evlənməyimə qarşı deyillər”.

Bu sözləri azxeber.com-a açıqlamasında meyxanaçı, müğənni Samirə Yusifqızı deyib. O özündən 12 yaş kiçik bəylə sevgi yaşadığında açıqlayıb:

"Çox gözəl sevgi yaşayıram. Adıı açıqlamaq istəmirəm. Sevgilim məndən 12 yaş kiçikdir. Onu dəli kimi sevirəm, o da bu sevginin qarşılığını verir. Mən ailə həyatı qursam da övladlarımın atasına hörmətlə yanaşmışam amma bu şəxs mənim ilk sevgimdir. Münasibətimizi ciddiləşdirmək istəmirik, qorxuruq belə olsa, sevgi itər. İnsan əlçatan olanda sadələşir. Mən də çalışıram ki, onun xoşuna gəlməyən hərəkətləri etməyim. Onu sevəndən sonra özümü əsl qadın kimi xoşbəxt hesab edirəm Heç kişi məclisimə getməyimə də qarışmır. O bilir ki, mən 1 milyon kişinin arasında olsam da xəyanət etmərəm”.

Samirə onu tənqid edənlərə müraciət edib: "Yazılan şərhləri evdəkilər oxuyub, çox üzülür. Ən çox anam və xalam pis olur. Bir pis şərh olan kimi xalam yığıb ağlayır ki, sən bizi biabır edirsən. Bu nədir sənin ünvanına yazırlar? Mənim isə heç vecimə deyil”.

Paylaş »
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› Azərbaycanda qadın bacısını bıçaqladı
››› Aprelin 19-na olan hava proqnozu
››› Ermənistanın müharibədə öldürülən 71 hərbçisinin qeydiyyatsız dəfni məlum oldu
Son xəbərlər
Bütün xəbərlər »