Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məktəbli yarmarkaları açıldı: qiymətlər necədir? – Foto
Sentyabr ayı yaxınlaşdıqca valideynlərin qayğısı da artır. Onlar yeni dərs ili ərəfəsində düşündürən bircə şey var, o da övladlarını ucuz, eyni zamanda keyfiyyətli məktəb ləvazimatları ilə təmin etməkdir.

Odur ki, yeni tədris ilinin başlanması ilə əlaqədar paytaxtın bir neçə yerində məktəb ləvazimatları yarmarkaları açılıb. Yaramarkalar Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən təşkil edilib.

Bizimyol.info-nun əməkdaşı məktəb ləvazimatlarının satıldığı çadırlarda olub, qiymətlərlə maraqlanıb.

Yarmarka çadrları bir neçə gündür qurulsa da, satış yox idi. Satıcılar deyir ki, valideynlər məktəbli forması və çantaları əksər hallarda “Sədərək”, "Binə” bazarlarından alırlar. Orada çeşid çox olduğu üçün hər cibə uyğun qiymətə çanta, məktəbli forması tapmaq olur. Satıcılar sentyabrın 15-ə yaxın günlərdə yarmarkada canlanmanın müşahidə olunacağına ümid edirlər.

Alıcılar isə qiymətlərin çox baha olmadığını desələr də, ucuz da olmadığını dedilər. Amma biz o biri yarmarkalardan fərqli olaraq, məktəbli üçün zəruri olan bütün ləvazimatları alan alıcılarımıza endirim də edirik”.

Elnur adlı satıcı ləvazimatların mağazalarla müqayisədə aşağı qiymətə satıldığını söylədi:

Çantaların qiyməti 10-75 manat arası

Dəftərlərin qiyməti 20 qəpik - 1 manat 10 qəpik arası

Qələmlərin qiyməti - 20 qəpik -1 manat arası

Karandaşın qiyməti -20 qəpik - 80 qəpik arası

Rəngli karandaşın qiyməti -1 manat 50 qəpik - 5 manat

Xətkeşin qiyməti - 40 qəpik - 80 qəpik arası

Albomun qiyməti - 1 manat - 2 manat arası

Yeməkqabının qiyməti - 7 manat - 15 manat arası

Suqabıların qiyməti - 3 manat - 15 manat arası dəyişir.

Ekspertlər yeni tədris ilində hər bir valideyn bir şagirdi məktəbə göndərmək üçün ən azı 200 manat xərc çəkəcəyini bildirirlər. Mütxəsislər bu xərclərin azaldılması üçün vahid yarmarkalar yaradılmasını və qiymətlərə ciddi şəkildə nəzarət olunmasını təklif edirlər.

Qeyd edək ki, supermarketlərin məktəbli ləvazimatlarının satıldığı bölmələrində də çeşidləri artırılıb. Oradakı qiymətlərlə yarmarkadakı qiymətlər arasında ciddi fərq görmədik.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »