Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ev işləri erkən ölüm riskini azaldır
Norveçdə aparılan bir araşdırma nəticəsində məlum olub ki, gündəlik bir saat yüngül ev işləri görmək erkən ölüm riskini azaldır.

Bizimyol.info xarici mətbuata istinadən xəbər verir ki, Norveçin paytaxtı Osloda İdman Elmləri Akademiyasında araşdırmaçılar 40 yaşdan yuxarı 36 min hərəkət qabiliyyətli yetişkin insanı üstlərinə taxdıqları cihazla müşahidə ediblər. Professor Ulf Ekelundun apardığı 6 ilik araşdırmada iştirakçıların bəziləri gündəlik beş dəqiqədən bir saata qədər ev süpürmək, qab yumaq kimi yüngül işlər görüblər.

Aparılan araşdırma nəticəsində gündəlik yüngül ev işləri görən 40 yaşdan yuxarı insanlarda erkən ölüm risqinin azaldığı məlum olub. Digər tərəfdən isə gündəlik 9 saatdan artıq hərəkətsiz qalan insanlarda erkən ölüm risqinin iki dəfə artdığı deyilib.

Araşdırmanın nəticəsi "British Medical Journal"da yayımlanıb.

Aləmdə

Son xəbərlər
Bütün xəbərlər »