Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sanal sevgi barədə psixoloq rəyi - Sevgilinizdən 21 gündən çox ayrı qalmayın, yoxsa…

İnternet fenomeninin həyatımıza daxil olduğu 20-dən artıq müddət insan psixologiyasına fərqli təsir etdi. Əsrlər, qərinələr boyu insanda dəyişməyən təməl duyğu – sevgi başqa bir boyuta keçməyə, formasını dəyişməyə başladı. Sanal sevgilər baş alıb getdi. Bəs faydası, ziyanı varmı. Sanal sevgi bildiyimiz real sevgiyə çevrilə bilərmi? İnternet tanışlıqlarına ən çox kimlər can atır?

Bu suallarımızı kliniki psixoloq Mehparə Canəliyea cavablandırır.

- Mehparə xanım, əvvəllər fikir yayılmışdı ki internet üzərindən biriilə tanış olmaq istəyənlər sosiallaşa bilməyən “əzik” tiplərdir.Bu həqiqətən belədirmi?

-Hazırda araşdırmalar nəticəsində məlum olub ki, sanal aləmdə başqaları ilə tanışlığa ən çox özgüvənləri yüksək, qarşı cinslə ünsiyyət qurmaqda heç də çətinlik çəkməyən insanlar can atırlar. Onlar internet tanışlıqlarını tanışlıq üçün alternativ yol olaraq görənlərdirlər. İnsanların internet üzərindən tanış olmaq üçün fərqli səbəbləri var. Bir çox insanın internet üzərindən tanış olmaq həvəsi yeni bitən bir münasibətin ardından başlasa da, şəxsi xüsusiyytləri ilə əlaqəli olmur. Yəni internet aləmində sosiallaşmaq istəyi sosiallaşmaqdan çəkinməklə deyil, çox çalışdıqları üçün yeni insanlara tanış olmağa zaman tapa bilməmləri ilə əlaqəlidir.

- İnternet tanışlıqlarında yalan yoxsa həqiqət çox olur? Bəzi insanlar düşünür ki, inan əslində internetdə içində gizlətdiyi “mən”i üzə çıxarır.

-İnternet üzərindən tanış olanların 90 faizi hər hansı bir yalan bəyanlarının olmadığını söyləsələr də, aparılan araşdırmalara görə hər 10 kişidən 9-u ən az bir mövzuda yalana baş vurur. Amma yalanların çoxusu bəsit olub, gözünüzdə yaratdığınız insanın imicini pozcaaq şəkildə deyil.Ən çox insanlar kilo, boy və yaş barsində yalan söyləyirlər. Belə ki qadınlar kilo, kişilər boyları ilə bağlı yalan deyirlər. Qadınlar bu mövzuda kişilərə nisbətən 5 dəfə çox yalan deyirlər. Yəni itenet üzərindən tanış olan insanlar ən sonunda real aləmdə görüşəcəklərini nəzərə alaraq dərin yalanlarabaş vfurmurlar.

-Evli qadınların və ya kişilərin sanal tanışlığı xəyanət sayıla bilərmi və bunun arxasında nə dayanır?

- Ərləri evdə olmadığı müddətdə sanal aləmdə başını qatmaq və ya darıxdığı üçün söhbətə baş vuran qadınların bir çoxu bunu xəyanət hesab etmir. Onlar sadəcə evlənməzdən öncə həyat yoldaşlarından gördükləri dərin diqqəti daha sonra görə bilmədikləri üçün eqolarını rahatlamaq, yenidən özgüvən qazanmaq üçün bu yola baş vururlar. Amma nəticə heç də həmişə yaxşı olmur. Qarşı tərəfin öncə sevgi kimi təqdim etdiyi hisslər sonradan yeni bir acının başlanğıcı olur. Eyni hissi kişilər üçün də demək olar. İnsanın hər yaşda seivdiyini, sevilə bildiyini bilməsi önəmlidr və bu həvəslə o yeni macəralara baş vurur.  Çox zaman xəyanət , cismani yaxınlıq üçün deyil sadəcə beynini rahatlatmaq üçün başlanan bu münasibət daha sonra bağlılığa çevrilir. Amma internet şəxslərin özlərini olduqlarından daha yaxşı daha üstün görtərmək üçün imkan tapdıqlrı platformadır. Bəzi insanlar yaşadıqları psixopatik səbəblərələ söylədikləri yalanlara özləri belə inanmış duruma gəlirlər və buna görə internet üzərindən ünsiyyət onlara daha münasib görünür.Ümumiyyətlə internet sağlam bir sevgi münasiətinin yaranması üçün heç də həmişə sağlam zəmin deyil. Bu bəzən böyük faciələrə gətirib çıxara bilir. İnternet üzərindən şantaj edərək varlanmaq arzusuda olan pis niyyətli insanları da göz ardı etmək olar. Bununla belə sanal aləmdə anışlıq zamanı yaxşı insanlara rast gələcəyimizi də istisna etmirik.

Ən doğru münasibət yaxınlığınızdakı biriləri ilə yaşanır. İnternet üzərindən qarşındakı insanı tanımadan ona bağlanmaq böyük yalnışa yol açar

- Uzaqdan sevgini yaşatmaq mümükündürmü?

- Hətta yaxından sevgini sürdürmək çətinkən uzaqdan sevgini yaşamaq heç asan deyil Gözdən uzaq olan könüldən də uzaq olur. İlk başda bu çəkici, cazibədar gələ bilər. Lakin sonra tərəflərdən birinin sanal sevgi və tanışlıq sahəsində təcrübəsi çoxdursa bu onun üçün adiləşəcək, qarşı tərəf susadığı diqqəti ala bilməyəndə münasibətlərdə çat baş verəcək. Uzaq məsafələrdə olan və bir -birini sevən cütlərin ən az 3 həftədə bir dəfə görüşməsi lazımdır. Çünki bilinc altında alışqanlıq və ayrılıq acısı 21 gün içində sönməyə başlayır. Bu ərəfədə uzaqdakı sevgililərin ünsiyyətinin içərisinə başqa bir arama, başqa bir münasibət daxil olarsa bu əlaqənin qopması, bitməsi gözlənilən haldır.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »