Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bulvarda özünü dənizə atan oğlanı xilas etdilər

Vətəndaşlar Dənizkənarı Milli Parkda intihara cəhd edən 18 yaşlı gənci xilas ediblər.

Bu barədə Oxu.Az-a Səbail rayon Polis İdarəsindən məlumat veriblər.

Belə ki, saat 23:55 radələrində bulvarda istirahət edən insanlar gəncin intihar etmək üçün özünü dənizə atdığını görüblər.

Xoşbəxtlikdən onu xilas etmək və dənizdən çıxarmaq mümkün olub. Canına qəsd etməyə çalışan Abşeron rayon sakini İdris Elman oğlu Safquliyevdir.

Hazırda onu intihara cəhdə sövq edən səbəb araşdırılır.

Son xəbərlər
Bütün xəbərlər »