Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiya suyun içində otel tikməyə başlayıb
Yaponiyada qeyri-adi otellərin sayı artmağa başlayıb.

"Bizimyol.info" Rusiya KIV-nə istinadən xəbər verir ki, artıq Yaponiyaya gələn turistlər suda üzən batiskaf-mehmanxanalarında gecələyə biləcək.

Sözügedən "kapsula" otellər üst və alt hisslərə bölünür. Şəffaf görüntüsü olan üst tərəf yatmaq üçün nəzərdə tutulub. Alt hissədə isə kiçik televizor, ayaqyolu və hamam otağı mövcuddur. Kapsulanın ölçüsü 30m²-dir. Hər otel nömrəsi 4 nəfər üçün nəzərdə tutulub.

Kapsulanın yaradıcıları "üzən otel"in suda çevrilmədiyini vurğulayıb.

Onlar həmçinin icadlarının insanları təbii fəlakətlər zamanı qoruyacağına inanır.

Kapsulanın günlük qiyməti 282-375 dollar arası dəyişir.

Adelya

Son xəbərlər
Bütün xəbərlər »