Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Parlament spikeri körpə uşaqla görüntülənib

Yeni Zelandiya parlamentinin spikeri Trevor Mallard Parlament iclası zamanı qucağında kolleqasının körpə uşağıyla görüntülənib.

"Bizimyol.info" xəbər verir ki, Trevor iclasda yanacağın qiyməti müzakirə olunan zaman kənarda kolleqası Tamati Toffinin ötən ay daşıyıcı ana tərəfindən dünyaya gətirilən 6 həftəlik körpəsini yedizdirdi.

"Bəzən mən də faydalı ola bilirəm".-Mallard zarafatca qeyd edib.

Bildirilir ki, Mallard 2017-ci ildə parlamentdə balaca uşaqlarla bağlı qaydaları bir qədər yumşaldıb. Bu addım isə dövlət orqanlarının uşaqlara qarşı mehriban olduğunu sübut edib.

Xatırladaq ki, parlamentdə bu kimi hallara tez-tez rast gəlmək olur.

Yeni Zelandiyanın dekretə çıxmış ilk baş naziri, eləcə də dünyanın yüksək vəzifədə olub uşaq dünyaya gətirən ikinci qadını Casinda Ardern də parlament iclaslarına körpə uşağı və həyat yoldaşıyla qatılırdı.

Adelya

Son xəbərlər
Bütün xəbərlər »