Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: “Şərqi Aralıq dənizində Türkiyə və Kipr türkləri yox sayılırsa, heç bir layihə reallaşa bilməz”

“Şərqi Aralıq dənizindəki karbohidrogen yataqlarındakı araşdırma fəaliyyətlərimizi davam etdirməkdə qərarlıyıq və bu qərarımızdan geri çəkilmək niyyətində deyilik. Çünki Türkiyə öz hüquqlarını necə müdafiə edirsə, Kipr türklərinin haqlarını da elə qoruyacaq”.

APA-nın yerli bürosunun məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasının baş naziri Ersin Tatar ilə Ankaradakı birgə görüşündə bu fikirləri səsləndirib.

Türkiyə prezidenti bildirib ki, "dünən Kipr türklərini qanlarına qəltan edib adanı ələ keçirməyə çalışanlar bu gün siyasi və iqtisadi sahəyə hücumları ilə eyni məqsədə xidmət edirlər". Və bu davranışları ilə Avropa İttifaqı həm özlərinə, həm də yunan Kiprinə zərər verir: “Bu mənada Türkiyə ilə Şimali Kipr Türk Respublikasının yox sayıldığı heç bir layihə həyata keçirilə bilməz. Yunan Kipri tərəfinin oynadığı oyunlar hər kəsə məlumdur, yunan Kipri səmimi və dürüst bir anlaşma danışıqlarına gələrsə, adada hər kəsin gözlədiyi problemin həlli tapılar. Bu baxımdan kiprli türk qardaşlarımızın qətiyyətli müqavimətlərini alqışlayırıq”.

Son xəbərlər
Bütün xəbərlər »