Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda iki deputat saxlanılıb - Foto

İran parlamentinin iki deputatı həbs olunub.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili deyib.

Saxlanılan deputatların adını açıqlamayan Q.İsmaili bildirib ki, onların adları avtomobil istehsalı şirkətinin məhsullarının satışı ilə bağlı açılmış cinayət işində hallanır. O, qeyd edib ki, saxlanılan iki deputatın zaminə buraxılması ilə bağlı məhkəmə qərar qəbul edib, lakin onlar zaminə buraxılmaq üçün lazım olan girovu təmin edə bilmədikləri üçün həbs olunaraq təcridxanaya göndəriliblər.

Q.İsmaili deyib ki, deputatlar zaminə çıxmaq üçün lazım olan girovu təmin edərlərsə, istintaq dövründə məhkəmə qərarına kimi azad olunacaqlar. Xəbərdə deputatların ittihamı ilə bağlı açıqlama verilməyib.

Iranda həs olunan deputatlar

İran parlamentinin deputatların hərəkətlərinə nəzarət heyətinin üzvi Əlirza Səlimi saxlanılanların Zəncan əyalətindən olan deputat Firudin Əhmədi və Əbhər şəhərindən olan deputat Məhəmməd Əzizi olduğunu açıqlayıb.

Qeyd edək ki, ötən gün saxlanılan deputatlar Evin həbsxanasındadır. Onların parlamentin sənaye və mədənlər komissiyasının üzvləri olduğu bildirilir.

Son xəbərlər
Bütün xəbərlər »