Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qarabağ" "Linfild"lə oyunda fasiləyə məğlub yollanıb
Avropa Liqasının pley-off mərhələsinin "Linfild" (Şimali İrlandiya) - “Qarabağ” (Azərbaycan) oyununda fasilə yaranıb.

APA-nın məlumatına görə, Belfastda keçirilən matçın ilk 45 dəqiqəsindən sonra Ağdam təmsilçisi məğlub durumdadır. Azərbaycan çempionu hesabı açsa da, ardınca qapısında iki qol görüb - 1:2.

Avropa Liqasının pley-off mərhələsinin "Linfild" (Şimali İrlandiya) - “Qarabağ” (Azərbaycan) oyununda hesab dəyişib.

APA-nın məlumatına görə, Belfastda keçirilən matçın 40-cı dəqiqəsində ev sahibləri status-kvonu bərpa ediblər. Mark Stafford Azərbaycan çempionunun qapısına yol tapıb - 1:1.

Avropa Liqasının pley-off mərhələsinin "Linfild" (Şimali İrlandiya) - “Qarabağ” (Azərbaycan) oyununda hesab açılıb.

APA-nın məlumatına görə, Belfastda keçirilən matçın 15-ci dəqiqəsində Azərbaycan çempionu fərqlənib. Faysal Rerrasın dəqiq zərbəsi komandamızı hesabda irəli çıxarıb - 1:0.

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün avrokuboklarda növbəti oyununu keçirəcək.

APA-nın məlumatına görə, Çempionlar Liqası ilə vidalaşan Ağdam təmsilçisi Avropa Liqasında mübarizəyə qoşulur.

Qurban Qurbanovun yetirmələri qitənin ikinci dərəcəli klub turnirinin pley-off mərhələsinin ilk oyununda Şimali İrlandiyanın “Linfild” klubunun qonağı olacaq. Belfastdakı “Vindzor Park” stadionunda keçiriləcək görüşdən öncə hər iki komandanın heyəti açıqlanıb. Öz ölkəsinin çempionu olan klubların baş məşqçiləri start “11-lik”ləri və ehtiyat oyunçuları müəyyənləşdiriblər.

Avropa Liqası

Pley-off mərhələsi

İlk oyun

22 avqust

22:45. “Linfild” (Şimali İrlandiya) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Sandro Şarer

Linfild: 1. Roan Ferqyuson, 2. Mark Stafford, 8. Bastyan Eri, 9. Cel Kuper, 14. Şeyn Leyveri, 16. Metyu Klark, 22. Ceymi Malqryu (k), 27. Endryu Mitçel, 31. Nayal Kuinn, 47. Kris Keysment

Ehtiyat oyunçular: 40. Aleks Mur, 3. Ross Larkin, 7. Endryu Uoteruort, 10. Cordan Styuart, 12. Kerk Millar, 17. Daniel Kirns, 23. Rayan Makqivern

Baş məşqçi: David Hili

Qarabağ: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 23. Faysal Rerras, 30. Abbas Hüseynov

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 3. Aylton Silva, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacıyev, 99. Queye Maqaye.

Baş məşqçi: Qurban Qurbanov

Belfast. “Vindzor Park” stadionu

Son xəbərlər
23 sentyabr, 2023 [23:05]
Lavrov: “Praqa Bəyannaməsində qarabağlıların hüquqları barədə yazmağı unudular”
23 sentyabr, 2023 [22:16]
Kişilər və qadınlar alkoqolun dadını fərqli hiss edirlər
23 sentyabr, 2023 [21:29]
Etirazçılar İrəvanın mərkəzi küçələri ilə yürüş keçirib
23 sentyabr, 2023 [20:59]
Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat
23 sentyabr, 2023 [20:16]
Yaponyada hazırlanan süni intellekt toyuqların səsini tərcümə edəcək
23 sentyabr, 2023 [19:14]
Dəvələrin niyə zəhərli ilan uddururlar? - Video
23 sentyabr, 2023 [18:43]
Binanın yuxarı mərtəbəsində yaşayanlar aşağıdakılara nisbətən daha tez qocalır
23 sentyabr, 2023 [17:52]
İlham Əliyev Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib
23 sentyabr, 2023 [17:30]
Norveç polisi sərhədi qanunsuz keçməyə çalışan "Vaqner"çini saxlayıb
23 sentyabr, 2023 [16:57]
İki od arasındakı ömrün hekayəsi
23 sentyabr, 2023 [15:51]
Ermənistanda keçmiş prezidentin oğlu polisləri döyməkdə ittiham olunur
23 sentyabr, 2023 [15:09]
İngiltərə bir ildən artıqdır ki, Ukraynadakı müharibə ilə bağlı Rusiya ilə gizli danışıqlar aparıb
Bütün xəbərlər »