Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Bloomberg”: “Apple” yeni smartfonlar və noutbuk təqdim edəcək
Apple-iPhone-8-release-date-993082

Sentyabr ayında “Apple” şirkəti üç yeni iPhone və böyüdülmüş 16 düyüm ekranlı “MacBook Pro” noutbukunu təqdim edəcək.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, XS, XS Max, XR iPhone modellərini əvəzləyəcək yeni “Pro iPhone” smartfonları daha geniş sahə əhatə edəcək əlavə kamera, üzü üçölçülü scan etmək üçün Face İD sensor sistemi, yeni OLED displeyi, daha güclü A13 prosesoru ilə təchiz olunub. Bununla yanaşı, yeni smartfonların 5G rabitə sistemini dəstəkləmədiyi də qeyd olunur.

“MacBook Pro”nun isə “Apple” noutbukları arasında ən iri olduğuna diqqət çəkilir. Həmçinin şirkətin təkmilləşdirilmiş fotokameraya və daha güclü prosessora malik yeni iPad Pro planşetin istehsalına başlamaq niyyətində olduğu da göstərilir.

Paylaş »
››› Koronavirus İrandan Türkiyəyə sıçradı
››› Dünya Səhiyyə Təşkilatından Azərbaycanla bağlı açıqlama
››› Türkiyə ordusu böyük itki verib
››› Ruslar yenə Türkiyə ordusuna zərbə endirdi
››› Xanhüseyn Kazımlının şirkətlərinin siyahısı yayıldı - Foto
Son xəbərlər
Bütün xəbərlər »