Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aybəniz Haşımovaya gecə saat 12-də maraqlı sürpriz - Video

Azərbaycanın əməkdar artisti Aybəniz Haşımovanın 51 yaşı tamam olub. Bizimyol.info xəbər verir ki, onu ad günü münasibəti ilə ilk olaraq tələbələri təbrik ediblər.

Gecə saat 12 olan kimi tələbələr gözlənilmədən müəllimlərinin qapısını döyərək ona sevinc yaşadıblar. Müğənni özü bu videogörüntüləri sosial şəbəkədə paylaşaraq aşağıdakı şərhi yazıb:

"Deməli belə, Aşıq Alı demişkən: Əllini aşırdım, yüzə nə qaldı? Düz gecə 52-yə keçən kimi xətakarlar yaxaladı məni. Allah sizin sevginizi mənə çox görməsin. Sizi verənə şükr. Nə yaxşı varımsınız".

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »