Dünyanın ən məhşur qadınlarından biri olan Ancelina Colinin oğlu universitetə daxil olub. Həmin gün Ancelina sadəcə aktrisa deyil, həm də oğlunu universitetə gətirən və onun üçün həyəcanlanan ana idi.
"Bizimyol.info"nun məlumatına görə, ötən gün Ancelinanın rəsmi İnstagram hesabında oğlu Meddoksla birlikdə Cənubi Koreyanın "Ense" universitetindən görüntüləri yayılıb.
Colinin tələbələrlə söhbət etdiyi bildirilib.
"Bu gün mən oğlumu burda qoyub gedirəm. Hərşəyi başa düşürəm və ağlamamağa çalışıram".
Aktrisa oğlu Meddoksun universitetin "biomühəndislik" ixtisası üzrə təhsil alacağını, eləcə də yataqxanada qalacağını bildirib.
Qeyd edək ki, Bred Pitt oğlunun ilk universitet günündə onun yanında olmayıb.
Adelya