Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vladimir Zelenski və Boris Conson arasında telefon danışığı olub

Ukrayna Prezidenti Vladimir Zelenski və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.

Bu barədə Ukrayna Prezidentinin rəsmi saytında məlumat verilib.

V. Zelenski və B.Conson Rusiyanın "G7"-yə dönməsi ilə bağlı səsləndirilən fikirləri müzakirə ediblər.

Tərəflər Rusiyanın sistemli olaraq beynəlxalq hüququ pozduğunu, Avropanın və qlobal təhlükəsizliyə təhdid yaratdığını bildiriblər. Telefon danışığında Rusiyanın qlobal problemlərin həll olunduğu beynəlxalq platforma olan "G7"-yə üzvlüyünün bərpasının qeyri-mümkünlüyü vurğulanıb.

Böyük Britaniyanın Baş naziri Ukrayna Prezidentini ölkəsinə rəsmi səfərə dəvət edib. (apa)

Son xəbərlər
Bütün xəbərlər »