Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
22 və 23 yaşlı valideynlər beş uşağı atıb

Azərbaycanda ata və ana beş övladını atıb.

Bunu Oxu.Az-a açıqlamasında "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

Onun sözlərinə görə, hazırda uşaqlar nənələrinin himayəsindədirlər:

"Ötən il uşaqlar Birliyin sığınacağına gətiriliblər. Ananın 22, atanın isə 23 yaşı var. Anası və atası dörd uşağı atıb gediblər. Bir müddət sonra nənə sığınacağa gələrək onları himayəsinə götürdü və özü də bir müddət uşaqlarla sığınacaqda qaldı.

Daha sonra nənəsi uşaqları öz evinə aparıb. Həmin müddətdə qadın bir uşaq da dünyaya gətirib, onu da anasının yanında qoyub gedib".

M.Zeynalova qeyd edib ki, valideynlər uşaqlarına baş çəkmirlər:

"Onların niyə bu cür hərəkət etməsi məlum deyil. Uşaqların xalası deyir ki, atası əvvəllər uşaqları görməyə gəlirmiş və kömək edirmiş, amma indi heç nə etmir.

Sığınacaq bacardığı qədər dəstək göstərməyə çalışır. Geyim, ərzaq köməyi edirik. Nənə olmasa, uşaqlar kimsəsiz qalacaq və körpələr evinə yerləşdiriləcək".

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› Zelenski cəbhədə çətin anlar yaşadı - Video
››› Müstəntiqlər Moskvada qətlə yetirilən Əli Heydərovun ölümü ilə bağlı iki versiya irəli sürüb
››› “Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur - Video
Son xəbərlər
Bütün xəbərlər »