Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölümqabağı insanların son arzuları nələr olur? - Video

Niderlandda maraqlı və bizim cəmiyyət üçün qeyri-adi səslənən mərkəzlər fəaliyət göstərir. Bu mərkəzlərdə ölən insanların son arzuları yerinə yetirilir.

Belə xidmət göstərən “Təcili arzular” mərkəzinin rəhbəri , tibb bacısı Mario Stefanutto ilk dəfə 2006-cı ildə belə bir mərkəz yaratmaq qərarına gəlib. Mərkəz öləcəyi bəlli olan və ya eftanaziya yolu ilə həyatına son vermək istəyən insanların son arzularını yerinə yetirməklə məşğul olur.İndi bu şirkətdə230 könüllü və 6 təcili yardım maşını işləyir.Bu müddət ərzində onlar 7000 insanın son arzusunu reallaşdırıblar. Mario və onun əməkdaşları gün içərisində 4 insana bu maraqlı xidməti göstərə bilirlər. Bəzi arzular dərhal reallaşdırılır, bəzilərinin həyata keçməsi üçün zaman lazım gəlir.

“Bizim ən kiçik xəstəmiz 10 aylıq idi, həkimlər yaşamayacağını deyirdilər, valideynlərinin son arzusu onu evlərində öz qonaq otaqlarında görmək idi. Balacanı süni nəfəs aparatından ayırmaq olmazdı. Biz elə bütün avadanlıqlarla birlikdə onu evə gətirdik. Ən yaşlı xəstəmizin isə 101 yaşı vardı.O son arzu olaraq at çapmaq istədiyini bildirdi. Biz atı yük maşınının banına çıxardıq. Onu da atın üstünə qoyduq. Yük maşını hərəkətə etdikcə o da özünü at belində səyahət edirmiş kimi hiss edirdi. Gözəl arzu idi”,- deyə Mario bildirir.

Bu mərkəzlərdə xəstələrə yalnız əyləncə deyil, həm də yardımçı həkimlər təqdim edilir. Sürücülər də ilk yardım göstərməyi bacaran insanlar arasıdan seçilir.Safari avtomobillərinin isə geniş pəncərələri olur ki, xəstə ətrafı yaxşı seyr edə bilsin.

Bəs ölümqabağı insanlar ən çox nələri arzu edirlər?

Bəziləri muzeyə getməyi, bəziləri dənizi görməyi istəyirlər. Ölümqabağı yaxınlarını, doğulduğu doğma evi, torpağı, əzizilərinin məzarlarını görmək istəyənlərin də sayı çoxdur.Bir çoxları iş yerinə gedib həmkarları ilə görüşməyi, bəziləri əzizlərinin toy və ya hansısa şənliyində iştirakı son arzu olaraq görür.Ə n çox arzulanan isə zooparka səyahətdir.15 faiz insan ölümqabağı heyvanları görməyi arzu edir.

Son arzu mərkəzi həmçinin öldükdən sonra xəstələrin yaxınlarına da mənəvi dəstək verir.

Bizimyol.info

Paylaş »
››› Müharibə bitib, diplomatik savaş ən qaynar fazaya keçib
››› “Yaşın çoxdur deyib işə almırlar, yaşın azdır deyib pensiya vermirlər”
››› “Tıq-tıq” nağıllarını Tiktok rüsvayçılığı əvəz edəndən sonra..
››› Qərb mətbuatı: “Türk dronları Azərbaycana qələbə gətirdi”
››› Laçındakı Həkəri körpüsü erməni şirkəti tərəfindən təmir edilir…
››› Mal əvəzinə naz satan qızlar: “Almasanız, müdir məni qovacaq”
››› Ərzaq qiymətlərinin yüksəlməsi Rusiyada böyük narazılıq dalğası yaradıb
Son xəbərlər
Bütün xəbərlər »