Rusiyanın Biryulevsk şəhərində iki naməlum şəxs əlil arabasında oturmuş şəxsin üstünə benzin tökərək od vurub.
Bizimyol.info Rusiya mediasına istinadən xəbər verir ki, hadisə əlil vətəndaşın yaşadığı evin qarşısında baş verib. 58 yaşl Oleq Krasnov əlil arabasına məhkumdur və evindən çox az-az hallarda bayıra çıxır.
Həyat yoldaşının polisə veridyi məlumata görə, Krasnov nadir hallarda həyətə hava almağa ya da qonşularla domino oynamağa düşürmüş. Onun heç kimlə ədavəti olmayıb. Nə ailəsi, nə qonşuları hadisənin kimin törətmiş ola biləcəyi barədə fikir sahibi deyillər. Nəzarət kameralarındakı görünütülərə əsasən həyətdə oturan kişiyə yaxınlaşan iki naməlum şəxs onun oturduğu masaya və əlilin üzərinə benzin töküb, daha sonra od vurub. Hadisə nəticəsində Krasnovun bədəninin 90 faizi ağır yanıq xəsarətləri alıb.
Lenta.ru xəbər verir ki, polis hücum edən şəxslərin qeyri- adekvat vəziyyətdə olduğunu düşünür. Çünki bu hadisədən az öncə yanan kişinin oturduğu masanın ətrfında qəribə insident baş verib. İki naməlum şəxs masa başındakı adamları masadan qaldıraraq, “burda oturmayın bu masa lənətlənib” deyə bildirmişdi.
İlhamə Rəsulova