Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Hotellər haqqında şok iddia: "Dövləti aldadırlar"
Relax istirahət mərkəzi

“Böyük biznes obyektlərinin mütləq əksəriyyəti əlavə dəyər vergisinə cəlb edilməmək üçün bizneslərini çoxsaylı şirkətlər arasında bölürlər. Elə həmin şirkətlər də normal vergi ödəmirlər”.

Bu barədə bizimyol.info-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov bildirib.

O, deyib ki, Vergirlər Nazirliyinin keçmiş rəhbərliyi gizli iqtisadiyyata göz yumub: “Yeni rəhbərliyin gizli iqtisadiyyata qarşı mübarizə aparması təqdirə layiqdir”.

Əkrəm Həsənov(1)

Ekspert hesab edib ki, “Relaks” istirahət və turizm mərkəzində nəzarət tədbirlərini həyata keçirmək üçün bura gələn Vergilər Nazirliyinin əməkdaşları burada müqavimətlə üzləşməsinin ajiotaj yaratması müsbət haldır: “Hamının gözü qarşısında vergidən kobud şəkildə yayınmaq gülməlidir. Ümid edirik ki gizli iqtisadiyyatla məşğul olan biznes obyektlərinin sahibləri nəticə çıxaracaqlar.

Ümumən, dünyadan vergilərin optimallaşdırılması təcrübəsi var. Yəni vergini az ödəmək üçün biznesini fərqli şəkildə təşkil etməyə çalışırlar. Vergi Məcəlləsində bu və bu kimi məsələlər nəzərə alınıb. Yəni sənin biznes strukturun açıq-aşkar biznesdən yayınmaq üçündürsə, təbii ki bu yolverilməzdir. Vergi biznes obyektindən tutulmalıdır.

Amma bu halda görürük ki, Milli Məclisin deputatı İqbal Məmmədovun ailə üzvləri qanunun tələbini pozursa, biz ondan daha nə gözləyə bilərik? Amma “Relaks” istirahət mərkəzi ilə bağlı görülən tədbirlərdən sahibkarlar nəticə çıxaracaqlar, onlar qanunun tələblərinə əməl edəcəklər”.

Hüquqşünas deyib ki, əksər restoranlar və hotellər “Relaks” kimi işləyirlər: “Onlar da gizli iqtisadiyyatla məşğuldurlar. Əksər restoran və hotellər əlavə dəyər vergisinə cəlb edilməmək üçün bizneslərini çoxsaylı şirkətlər arasında bölüblər”.

Ramid İbrahimov

Paylaş »
››› Xamneyidən benzinin bahalaşmasına reaksiya
››› Azərbaycanlı millət vəkilinə növbəti ağır itki
››› İmamoğludan xanımının geyimini tənqid edənlərə cavab
››› Rus tarixçi sevgilisinin başını mişarla kəsdi - Dünyanı sarsıdan qətlin təfərrüatları
››› Saakaşvilidən azərbaycanlılara çağırış: "Təxribatlara uymayın!"
Son xəbərlər
Bütün xəbərlər »