Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Boris Conson: "Rusiyanın G7-yə qayıtması barədə danışmaq hələ tezdir"

"Rusiyanın G7-yə qayıtması və "Böyük səkkizliy"in bərpa edilməsi barədə danışmaq hələ tezdir".

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Boris Conson Almaniya kansleri Angela Merkel ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Rusiyanın G7-yə yenidən daxil edilməsi ilə bağlı fikirlərlə tanışam. Amma Solsberidə baş verənləri, Britaniya torpağında kimyəvi silahdan istifadə edilməsini nəzərə alsaq, davam edən qeyri-sabitliyi və vətəndaş müharibəsini, Ukraynadakı müharibəni, Rusiyanın təxribatlarını, özü də təkcə Ukraynada yox, nəzərə alsaq, kansler Merkel ilə razı olduğumu söyləməliyəm: Rusiyanın geri qayıtması üçün arqumentlər hələ tapılmadır", - B.Conson deyib.

A.Merkel isə bəyan edib ki, Rusiyanın geri qayıtması məsələsində real irəliləyişdən danışmağa ehtiyac yoxdur. Onun sözlərinə görə, Ukrayna məsələsi üzrə sülh danışıqları yeni şəraitin yaranmasına töhfəsini verə bilər.

Xatırladaq ki, bundan əvvəl ABŞ və Fransa prezidentləri Donald Tramp və Emmanuel Makronun Rusiyanı 2020-ci ildə keçiriləcək G7 sammitinə dəvət etməyi planlaşdırdığı barədə məlumat yayılıb.

Paylaş »
››› “Madam ki, Minsk Qrupu sirləri açır, mən də bir sirri açım”
››› “Qarabağın bərpası 600 milyarda başa gələcək”
››› Lukaşenkonun Bakı səfəri: Dostluq, yoxsa Rusiyanın “Troya atı”...
››› 120 min azərbaycanlının Rusiyadan deportasiyası hansı çətinliklərə yol açacaq...
››› Rusiya şirkəti Zod qızıl yatağındakı Ermənistan vətəndaşlarını işdən çıxarır
››› "Ermənistan Zəngəzur dəhlizi ilə Azərbaycanı tələyə saldığını düşünür"
››› 30 ildir vaqonda yaşayan qazi: “Heç bir dövlət orqanı gəlib qapımı döyməyib” - Foto, Video
Son xəbərlər
Bütün xəbərlər »