Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Azercell-in Rəqəmsal Dünyası Lənkəranda
azercell reqemsal

On minlərlə insanı bir araya toplamağa müvəffəq olan Azercell-in “Rəqəmsal Dünya bölgələrdə” layihəsinin səfərləri uğurla davam edir.

Bizimyol.info xəbər verir ki, Şirkətdən verilən məlumata görə, Naxçıvan şəhərində başlayan tədbirlər silsiləsi Şərur, Ordubad, Quba, Xaçmaz, Qusar, Sumqayıt, İsmayıllı, Şamaxı, Qəbələ, Göyçay, Şəki, Zaqatala, Bərdə, Mingəçevir və Yevlax şəhərlərindən sonra Lənkəranda baş tutub. Yeddi mindən çox insanın qatıldığı tədbirdə şəhər sakinləri əyləncəli və intellektual oyunlarla yanaşı, virtual reallıq oyunlarında öz qüvvələrini sınamaq, hədiyyə qazanmaq, eləcə də, Azercell-in ən son trendlərə uyğun xidmətləri və məhsulları ilə tanış olmaq imkanı əldə ediblər.

Azercell nümayəndələri avqustun 16-da Mingəçevir şəhəri uşaq nevroloji sanatoriyasını, avqustun 19-da isə Lənkəran şəhəri, O.Mirzəyev adına qarışıq tipli uşaq evini ziyarət edib. Azercell tərəfindən uşaqlara məktəb ləvazimatları və digər hədiyyələr təqdim olunub. Fəaliyyətləri boyunca on minlərlə insana tibbi yardım etmiş “Mobil Göz” və “Mobil Diş” klinikaları Lənkəranda uşaq evinə təşkil edilən səfərə qoşularaq, 40-a yaxın uşağı müayinədən keçirib.

Qeyd edək ki, ölkənin mobil rabitə istifadəçilərinin əksəriyyətinin seçimi olan Azercell şirkəti yüksək-sürətli interneti sayəsində ən son innovasiyaları daha da əlçatan etmək məqsədilə, 2018-2019-cu illər ərzində respublika boyu 4G şəbəkəsini gücləndirib və genişləndirib. Azercell son yarım ildə Azərbaycanın telekommunikasiya sahəsinin inkişafına 63 milyon manatdan artıq vəsait yatırıb. Beləliklə də, şirkət əhali əhatəsi dairəsində 86.2%, coğrafi ərazi əhatə dairəsində isə 61.4% yüksəlişə nail olub. Həmçinin günlük LTE data istifadəsində 49.6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək artım qeydə alınıb. Hazırda, Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsi 4G şəbəkəsinin əhatə dairəsindədir.

Azercell-in Rəqəmsal Dünyasını avqustun 21-i Qazaxda, 22-si Tovuzda, 24-ü Şəmkirdə və 26-sı Gəncədə baş tutacaq.

Paylaş »
››› Günlərdir itkin düşən oğlan tanınmaz halda tapılıb
››› "Eldar Mahmudov azadlığım üçün 50 min dollar istədi"
››› ABŞ “Petriot”ları İran dronları qarşısında aciz qalır
››› “Qalatasaray” dünən həbsdən çıxan futbolçunu transfer etmək fikrinə düşüb
››› “Qalatasaray”ın futbolçusu adını heyətdə görməyincə özündən çıxdı
Son xəbərlər
Bütün xəbərlər »