Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Marvel "hörümçək adam"ı itirdi
"Sony" və "Disney" şirkətləri "hörümçək adam"ın filmlərindən əldə etdikləri gəliri bölə bilməyib.

"Bizimyol.info" xarici KİV-ə istinadən xəbər verir ki, "Sony"yə məxsus olan "hörümçək adam" obrazından yararlanıb yeni filmlər çəkən "Disney", filmlərdən əldə etdiyi gəlirin miqdarını artırmaq istəyib.

Belə ki, "mehriban qonşu"nun filmlərindən 5% gəlir alan "Disney" bu dəfə gəlirin yarısını, yəni 50%-ni tələb edib.

"Sony" öz növbəsində yaranan vəziyyətdən narazı qalaraq etirazını bildirib. Şirkətlər arasındakı müqavilə ləğv olunub. Sonradan məlum olub ki, müqaviləni ilk "Disney" pozub.

Qeyd edilir ki, "Sony" bu yaxınlarda "hörümçək adam"ın daha iki filmini təqdim etməyə hazırlaşır. Filmlərin rejissorları Jon Uotson və Tom Hollanddır. Kevin Faygi və "Marvel Studios" isə yeni səhnələrin yaradılmasında yer ala bilməyəcək.

Adelya

Son xəbərlər
Bütün xəbərlər »