Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
XİN: “Almaniya sərt “Brexit”in əleyhinədir”

Almaniyanın xarici işlər naziri Heiko Maas Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra bəyan edib ki, Almaniya sərt “Brexit”in əleyhinədir.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən məlumat verib.

“Biz buna çox ciddi yanaşırıq. Ancaq səmimi olaraq, qiymətləndirməmiz belədir ki, bizim üçün "sərt" çıxışı parlament dayandıracaq və ya hökumət. Biz istəyirik ki, bu baş verməsin”.

Bununla yanaşı, o vurğulayıb ki, “Avropa Birliyi hazır sənəd üzrə danışıqları bir daha davam etdirməyə hazır deyil”.

“Əgər Böyük Britaniya hökuməti risk edərək sərt “Brexit”ə getmək istəyirsə biz buna hazırıq”-deyə, diplomat əlavə edib.

Son xəbərlər
Bütün xəbərlər »