Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkmənistanda yumurta böhranı: Biri 60 qəpiyə oldu

Türkmənistanda iqtisadi vəziyyət günbəgün ağırlaşır. Ölkədə yumurta böhranı yaranıb.

Bizimyol.info xəbər verir ki, Türkmənistanın paytaxtı Aşqabadda yumurtanın qiyməti ilin əvvəlindən bəri 3-4 dəfə artıb. İndi birini 12 türkmən manatına (təxminən 60 qəpik) almaq mümkündür.

Keçən il qiymətlər bu qədər böyük deyildi. Yumurta 3,3 manatı (16 qəpik) keçmirdi. İlin əvvəlində ciddi qıtlıq yarandı. Bundan sonra yumurtanın qiyməti 5 manata (25 qəpik) çatdı. Son aylar isə konkret böhran yaranıb.

Hökumət xüsusi yarmarkalar təşkil edərək, yumurtanın birini 8 manata satmağa çalışır. Amma xaricdə yaşayan türkmən fəalların fikrincə, bu, gözdən pərdə asmaqdan başqa bir şey deyil. Çünki Türkmənistan yumurta ixrac edən ölkə kimi tanınır. Ölkədə yumurta qıtlığı varsa, necə xarici bazar haqda düşünmək olar? Onlar düşünür ki, hökumət belə qiymət artımında maraqlı tərəfdir.

Son xəbərlər
Bütün xəbərlər »