Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sürət qatarı qapısı açıq yola düşdü

Yaponiyada saatda 280km sürətlə hərəkət edən "sürət qatarı"nın qapılarının bir müddət açıq qaldığı haqda məlumat yayılıb.

Bizimyol.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, qatar Sendai şəhərindən paytaxt Tokyo istiqamətində hərəkət edirdi. "East Japan" dəmiryolu şirkəti qapıların 40 saniyə boyunca açıq qaldığını etiraf edib.

Qatarın xadiməçisinin qapıların "açılma-bağlanma" düyməsinə basmağı unutduğu bildirilib. Qatar sürücüsü isə 9-cu qapının bağlı olmadığını gözdən qaçırıb.

Hadisə zamanı sözügedən sürət qatarının 340 sərnişinindən heçbirinin xəsarət almadığı qeyd edilib. "Xoşbəxtlikdən qapiya yaxın duran olmayıb".

Qeyd edək ki, sürət qatarı Tokyoya 19 dəqiqə geçikib. Bundan əlavə, daha 7 surət qatarının 28 dəqiqə gecikdiyi bildirilib.

Ümumilikdə, hadisə "East Japan"ın 3.300 sərnişinə təsir edib.

Adelya

Son xəbərlər
Bütün xəbərlər »