Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müğənninin oğlu ölüm işinə görə bəraət aldı: narkotik və xuliqanlığa görə isə 12 il həbs

Avqustun 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum müğənni Vidadi Bərdəlinin oğlu Tuncay Vəliyevə hökm oxunub.

Qəsdən adam öldürməkdə təqsirləndirilən Tuncaya bu ittiham üzrə bəraət alsa da, başqa ittihamlarla 12 il azadlıqdan məhrum edilib. Bizimyol.info xəbər verir ki, Tuncay Vəliyev Fərman Ocaqquliyevlə birlikdə məhkəmə qarşısına çıxarılmışdı. Onların hər ikisi ötən il iyunun 7-də Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsində Rəşad Hüseynovu bıçaqlayıb qətlə yetirməkdə təqsirləndirilirdi. Onlara CM-in 120-ci (qəsdən adam öldürmə) maddəsilə yanaşı, 234 (narkotik) və 221-ci (xuliqanlıq) maddələrilə də ittiham verilmişdi. Məhkəmənin hökmüylə Fər.Ocaqquliyev qətli törətməkdə təqsirli bilinib və ona 19 il həbs cəzası kəsilib. Tuncaya isə 120-ci maddə ilə bəraət verilsə də, narkotik və xuliqanlıq ittihamlarıyla 12 il azadlıqdan məhrum edilib. Hökmdə göstərilib ki, Tuncay bundan əvvəl də məhkum edilib və bu əməl residiv kimi qiymətləndirilib.

Son xəbərlər
Bütün xəbərlər »