Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: “Velosiped sürməklə, kompyuter oyunları ilə şirnikləndirilib zorlanan oğlan uşaqları var”

Cəmiyyətimizdə azyaşlı uşaqların cinsi zorakılığa məruz qalması məsələsi günümüzün reallığıdır.

Mətbuatda oxuyub sabahı gün unutduğumuz bu kimi xəbərlərə əslində zorakılığa məruz qalan bir insanın tərəfindən durub baxılsa bunun nə qədər unudulmaz və açı hadisə olduğunu görərik. Eləcədə zorakılıq törədən azyaşlılar. Məsum bir uşağın içindən qəribə cinsi istəkləri olan manyak necə çıxır? Bu probelmin kökü və həll yolları nələrdir. Bizimyol.infonun bu suallarını sosial işçi Elmir Valehli cavablandırıb.

-Elmir bəy, azyaşlılar arasında cinsi zorakılıq faktlarının yaranmasına əsas nə səbəb olur. Bunun kökündə nə dayanır?

-Bu kimi problemlər ailələrdə uşaqlara cinsi tərbiyənin düzgün verilməməsi, valideynin maarifsiz olması səbəbi ilə yaranır. Valideyn uşağa öyrətmir ki, sənin bədəninin harasına toxunmaq olar, harasına toxunmaq olmaz.Və ya sənə toxunan olanda nə eləmək lazımdır. Uşağa cins zorakılıq tətbiq ediləndə o qışqırmalıdır. Qışqrıb qaçmalı və yaxınbildiyi insana məktəbdirsə müəlliminə anasına atasına deməldir.

Biz sosial çarxlar hazırlayırıq.Bu çarxlarda videogörüntülərlə və ya rəsmlərlə uşaqlara başa salınır ki, sənin bədəninin hansı hissəsinə toxunmaq olmaz. Hətta atanın belə bu nahiyələrə toxunmasına icazə yoxdur. Yalnız ana və ananın nəzarəti altında həkim toxuna bilər. Bizdə həmişə belə məsələlərə qəribə yanaşma olub. Utanıblar, danışmayıblar, uşaq da lazımsız mənbələrdən öyrənib və yalnışlara yol verir. Bir misal çəkim.Valideyn özü danışıb bu barədə. 10 yaşlı uşaq valideynlərindən seks barədə soruşur. Anasından soruşur ana üstün qışqırır ki, ayıbdır danışma. Atadan soruşanda ata şillə-qapaza əl atır. Uşaq neynəyir? Marağını qane etmək üçün internet üzərində axtarış verir və elə ilk “seks” sözünü yazan kimi məlum səhifələrin toruna düşür. Bu mənada uşağı yalnışa itən tərəf elə valideynlərin özü olur.

- Valideyn uşağın seks və bu kimi intim mövzuda verdiyi suallara necə aydınlıq gətirməlidir?

- Bunu ona çox sakit bir şəkildə, rahat bir dillə müyyən formada başa salmaq olar. Demək olar ki, bu da yemək , gəzmək kimi insana xas bir təbii təlabatdır.Zaman gəlincə sən bunu anlayacaqsan. Cəmiyyətimizin cinsi həyat barədə qoyduğu qadağalar, milli ənənələrimiz barəsində də qısa şəkildə məlumat verməök lazımdır ki, uşaq nələri edə biləcəyini və etməli olmadığını bilsin. Ümumiyyətlə uşağa olmaz sözünü demək yox niyə olmazın izahını söyləmək lazımdır.Toxunma yox, toxusan yanarsan demək daha məqbuldur. Yaxud hansısa dərana əl vurma yox, bunu içsən ölə bilərsən, zəhərlənə bilərsən şəklində izah vermək gərəkdir.

-Valideyn maarifsizliyi deyəndə nəyi nəzərdə tutursuz?

- Məsələn birdən uşaq itir, ana-ata onu axtarır, tapanda ilk iş üstünə qışqırır əv ya döyürlər ki, niyə yoxa çıxmışdın? Təkcə itməsinə və ya evə gec gəldiyinə görə ailəiçi təzyiqə məruz qalan azyalı cinsi zorakılığa məruz qalanda əlbəttə ki, bunu ailədə danışamağa utanacaq. qorxacaq.Üstəlik zorakılıq edən tərəf də qorxudur ki, kimsə bilməsin bilsələr səni öldürərəm filan. Qucaqlamaq “qorxma mən səninləyəm” demək əvəzinə biz şiddədtə əl atırıqsa, o uşaq ən gizli dərdini sirrini açmaq istəməyəcək.

- Rayonlarda psixoloq xidməti göstərilirmi, yetərli səviyyədədirmi?

Bəli var. Həta Bakıdan ucuz qiymətə xidmət göstərilir, sadəcə bizdə psixoloqa getməyi ayıb hesab edirlər Deyirlər dəli həkimidir.Rayon yerlərində zorakılığa məruz qalan və zorakılıq törədən uşaqların ailələri ilə işləmək həm çox vacibdir həm də çox çətin. Çünki insanlar bir- birlərini yaxşı tanıyırlar və bu kimi halların üzə çıxmasının tərəfdarı olmurlar. Çünki, ömürlük damğadır.Hətta mütəxisslərə belə aiəni həmin vəziyyətdən çıxarmaq çətin olur. Ona görə psixoloq dəstəyi mütləqdir.

- Hər insan fərqlidir hər orqanizmin də fərqli tələbatları var.Bəzi uşaqlarda cinsi yetişkənlik tez başlayır və cinsi həvəs də başqalarına nisbətən daha yüksək olur.Yəni nəzarətsiz buraxılarsa dediyiniz o zorlama hallarına da bu uşaq gedə bilər, heyvanlarda və ya qeyri ənənəvi yollarla təcrübələrə başlaya bilər. Bunun qarşısını almaq üçün nə etməli? İslam adətəri tez evləndirməyi buyururdu amma 15-16 yaşlı yeniyetməni də evləndirmək olmaz.

- Bu durumda uşağın fikrini yayındıracaq enerjisini sərf edə biləcəyi çoxlu tədbirlər düşünmək lazım gəlir. Dil kurslarına, idmana, rəqsə göndərmək müxtlif kamplara cəlb etmək yaxşı nəticə verə bilər. Evlilik çox ciddi məslədir. Cəmiyytimizdə evliliyə qəribə bir yanaşma var, vaxtı çatdı evləndirirlər. Hətta təzyiqlər olur. İnsan özünü tam tanımalı və buna hazır olmalıdır ki başqasının həyatına ortaq ola bilsin.Bu orta məktəblərədə tədris edilməlidir.

- Qızlara anaları adətən az- çox cinsi tərbiyə verirlər. Bu barədə oğlanlar bir az şanssızdırlar.Sizcə oğlanlar cinsi tərbiyəni hardan və kimdən alırla?

- Internetdən, qeyri ənənəvi yollardan və ən pisi də budur ki, bu vaxt ərzindrə zövqləri dəyişir. Həmcinslər arasında cinsi zorakılıq bu səbəbdən çoxdur. Bir var anadangəlmə homoseksual. Lakin br də var cinsi yetkinlik dönəmində yaranmış meyl və onun yaratdığı ağır fəsad. Qızları ailələr daha çox qoruyurlar, amma oğlanların cinsi tərbiyəsi diqqətdən kənarda qalır. Bilirsinizmi nə qədər oğlan uşağını velosipedə mindirmək, internet klublarda pulsuz oyun oynamaq vədləri ilə aldadıb zorlayırlar? Sayları həddən artıq çoxdur. Sonra belə uşaqların cəmiyyətə adapasiyası çətinləşir. Zorakılığı törədib cəza müssisəsinə göndərilən qarşı tərəfdəki uşağın da sonra cəmiyyət üçün lazımi vətəndaş ola biləcəyini söyləmək asan deyil.Ona görə ilk dəfə bu məslə ilə psixoloq məşğul olmalıdır. Məktəblərdə cinsi tərbiyə boş buraxılır yalnız riyaziyyat ədəbiyyat öyətməklə deyil. Uşaqların daima diqqətə sevgiyə ehtiyacı var. Biz başımız sakit olsun deyə əllərinə telefon notbuk verib uzaq dururuq. Halbuki onların sənin verdiyin zamana ehtiyacı var. Vaxtında göstərilməyən sevgi bu gün cəmiyyətdə bu partlayışlara səbəb olur

- Daha çox psixoloji zorakılığa kimlər məruz qalır?

- Eynək taxanlar kök uşaqlar hansısa gözlə görünən fiziki qüsuru olan uşaqlara yoldaşları lağ edir, onları özlərindən uzaq tutmaqla incitmiş olurlar.Ümumiyyətlə uşaqlara iştirakçılıq söz demək hüququ verilsə onun şəxsiyyət kimi formalaşmasına yardım etmiş olarıq. Bu gün uşaq tərbiyəsində atdığımız hər addım toxumdur. Yaxşı toxumun bəhrəsi gözəl olacaq, pis toxum səpəcəksən gələcəkdə qarşında bir cani, bir xuliqan görəcəksən.

- İlhamə rəsulova

Son xəbərlər
Bütün xəbərlər »