Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yalnız qızların doğulduğu kənd: Kənddə ən kiçik oğlan uşağının 12 yaşı var

Polşanın cənubundakı Meystse-Ocanske kəndi qəribə xüsusiyyətinə görə məşhurlaşıb. Dünyaya gələn uşaqların çoxu qız olur. Ailələrdə az-az hallarda oğlan gözə dəyir.

Bizimyol.info xəbər verir ki, indi Meystse-Ocanskedə təxminən 300 nəfər yaşayır və bunların böyük əksəri qadınlardır. Kəndin meri Raymund Frişko tarixi sənədləri araşdırıb. O deyir ki, burada həmişə oğlan az doğulub. Elə indi də oğlan o qədər azdır ki, Frişko yeni doğulanlara görə mükafat təyin edib. Merin özünün də iki qızı var.

Bu anomaliya ilə Varşava Tibb Universitetinin genetikləri də maraqlanmağa başlayıb. Əvvəlcə genetik testlər aparılacaq. Sonra keçmişdəki qohumluq əlaqələri araşdırılacaq. Bundan başqa, ətraf mühit də öyrəniləcək.

On illərdir bu kənddə ənənələr dəyişmir. Qızlar özünə qonşu kəndlərdən sevgili tapa bilir. Bura köçüb gələn oğlanlar da var. Kənddə ən kiçik oğlan uşağının 12 yaşı var.

Son xəbərlər
Bütün xəbərlər »