Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu nənə həyatı boyunca 3 padşah, 12 prezident görüb - Video

Türkiyənin Muğla bölgəsində yaşayana Menteşe qəsəbə sakini 113 yaşlı Ayşə Uçar həyatı boyunca 3 padşah, 12 prezident görüb.

Bizimyol.info Türkiyə mediasına istinadən xəbər verir ki, Ayşə nənə 1907-ci ildə dünyaya gəlib. O doğulanda taxtda II Abdulhamid otururdu. Osmanlı dövrünün son 3 padişahını görən Ayşə Uçar sultan Mehmet Reşad (1909-1918) və son padşah Mehmed Vahdettinin (1918-1922) hakimiyyət illərinin də canlı şahididir.

Ayşə nənənin 90 yaşlı qızı Adilə Demirtaş bildirib ki, anası 100 yaşına qədər meşəyə təkbaşına odun yığmağa gedərdi, 89 yaşlı digər qızı onun həyatı boyu istiotlu yeməklərə üstünlük verdiyini söyləyir. 76 yaşlı gəlini Gülnaz Uçar isə qeyd edib ki, onların nəsli uzunömürlülər nəslidir. “Muğlada deyirlər ki, özünüzə yatırım eləmək istəyirsinizsə, Uçar ailəsindən gəlin alın, nəsliniz uzunömürlü olsun. Yerli camaat motosiklet əvəzinə Uçar nəslindən qız almağa üstünlük verərdi. Ağlı dəngəsi üstündədir. Hətta zarafat da edir. Heç nəyi unutmayıb. Ağlı dumanlanmayıb”,- deyə gəlin bildirib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »