Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Dönərxanadan bıçaq götürdü, yol polisinə hücum etdi
Polis--00-

Bakıda avtoxuliqanlıq edən sürücü polisə dönər bıçağı ilə hücum edib.

Bizimyol.info Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, 99 PV 229 dövlət qeydiyyat nişanlı “Daewoo” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən “saxla” əmri verilib. Lakin sürücü buna tabe olmayaraq avtoxuliqanlıq əməlini davam etdirib. Yol polisi tərəfindən süni tıxac yaradılıb və nəticədə avtomobil metronun “28 May” stansiyası yaxınlığında saxlanılıb.

Sürücünün əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Məmmədəli Turabov olduğu müəyyən edilib.

M.Turabov avtomobildən enərək yaxınlıqdakı dönərxanadan dönər bıçağını götürüb və YPX əməkdaşlarının üstünə hücum edib. Bunun qarşısı alınıb. Daha sona isə M.Turabov özünə xəsarət yetirmək istəyib.

Polisin sayıqlığı nəticəsində onun bu əməlinin də qarşısı alınıb.

M.Turabov saxlanılaraq polis bölməsinə təhvil verilib.

Paylaş »
››› Nazirlikdən Balakəndə yayılan naməlum xəstəliklə bağlı - Açıqlama
››› "Kamaz" yolun kənarında dayanmış "Mercedes"i əzib keçdi - Video
››› “Azərenerji” rəhbəri Baba Rzayevin kabinetinə cadu edildi - Video
››› Rus məmurun ölkəmizdə qəbul etdiyi "şokolad vannası"nın qiyməti açıqlandı
››› Övladını itirən əməkdar artist danışdı: "Onun da mənim kimi ruhu ağrısın" - Video
Son xəbərlər
Bütün xəbərlər »