Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yerin tərkində 4,5 milyard yaşı ola almaz yatağı tapıldı

Yerin tərkində qədim maqma ehtiyatları tapılıb. Onların yaranma yaşı Ayın yaşı ilə eyni müddət təşkil edir.

Maqmanın içərisindəki zəngin almaz ehtiyatı Braziliyada vulkan püskürməsi zamanı yer üzünə çıxıb.

Maqmanın araşdırılması zamanı məlum oldu ki, planetimizin daxilində 4 milyon il yaşı olan xəzinə yatır.

Düzdür bu almaz yatağının yeri və həcmi hələ araşdırılmalıdır, lakin vulkan yatağından tapılan qədim almazlar sayəsində ilkin ehtimallar yaranıb.

“Almaz ən möhkəm təbii cismdir, buna görə onları zaman yolçuları adlandıra bilərik”,- deyə Avstraliya Milli Universitetinin geokimya mütəxəssisi Syuzet Timmerman qeyd edir. Almazın təkibində Yerin Ayla toqquşmasına qədər olan müddətdə mövcud olmuş qazların izotopları var. Məlumdur ki, Yer kürəsi yarandıqdan sonra bir çox kosmik cizimlərin zərbələrinə məruz qalıb və bu onun quruluşunu xeyli dəyişdirib.

Almazın tərkibini öyrənən alimlər onun yerqabığından 410 və 660 kilometr dərinlikdə yerləşdiyini öyrəniblər.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »