Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qanı torpağa tökülməsə də, Xəzərə töküldü...” - Video, Fotolar

Təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin həlak olan pilotu polkovnik-leytenant Rəşad Atakişiyev dəfn edilib.

Bizimyol.info xəbər verir ki, vida mərasimindən sonra R.Atakişiyevin nəşi II Fəxri xiyabana gətirilib. Hərbi pilot burada torpağa tapşırılıb.

Azərbaycanın dövlət himni səsləndirilib, yaylım atəşi açılıb.

Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov pilot R.Atakişiyevin tabutunun üzərinə sərilmiş Azərbaycanın dövlət bayrağını onun həyat yoldaşına təqdim edib.

Hərbi pilot Rəşad Atakişiyevin qayınatası Qabil Hüseynli deyib ki, o, kürəkəni ilə qürur duyduğunu ifadə edib: “Şəhidlərdən birini torpağa yola salırıq. Onun qanı torpağa tökülməsə də, Xəzərə töküldü...

Rəşad çox şərəfli ömür sürüb. Onun bir çox xəyalları var idi. Amma reallaşdıra bilmədi. O, Vətən uğrunda şəhid oldu!”

Xatırladaq ki, iyulun 24-də qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin itkin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi dünən Xəzər dənizindən tapılıb.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »