Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycana Rusiyadan güclü radiasiya dalğası daxil olub

Azərbaycan 12-19 avqusta partlaypış nəticəsində yayılmış radiasiya dalğasının təsiri altında olub.

Bizimyol.info xəbər verir ki, avqustun 12-də Rusiyanın Arxangelsk vilayətinin Severodvinsk şəhərində hərbi raket mühərriki sınaq zamanı partlayış baş verib, 5 nəfər ölüb, 6 nəfər yaralanıb. Rusiyanın Meteoroloji Agentliyi Rosgidromet, partlayışın raket sınağının ardından radiasiya səviyyəsinə çatdığını açıqlayıb.

Rusiya Müdafiə Nazirliyinin verdiyi açıqlamada meydana gələn partlayışda atmosfer və bölgəyə zərərli maddələr buraxılmadığı bildirildi. Ancaq Rusiya Dövlət Meteorologiya Təşkilatı verdiyi açıqlamada bölgədəki radiasiya səviyyəsinin 4 ilə 16 qat arasında artdığını qeyd ediblər. "Greenpeace" isə bölgədəki radiasiya səviyyəsinin 20 qat artdığını açıqlayıb.

Nüvə Silahlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatının (CTBTO) sədri Lassina Zerbo öz tvit payılaşımında Rusiyanın Arxangelsk vilayətindəki hərbi sınaq zamanı baş verən partlayışın nəticəsində yaranan radiasiyanın xəritəsini dərc edib. Xəritədən görünür ki, şüalanma bir neçə ölkəni, o cümlədən Azərbaycanı da əhatə edib. Azərbaycan 12-19 avqusta partlaypış nəticəsində yayılmış radiasiya dalğasının təsiri altında olub.

Rusiya, qəzadan sonra məlumat tələb edən Beynəlxalq Hərtərəfli Nüvə Sınaqları Müqaviləsi Təşkilatına "Məsələnin sizə aidiyyatı yoxdur və sizi maraqlandıran heç nə yoxdur" cavabını verib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »