Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
5 ailə üzvünü baltalayan və intihar edən 16 yaşlı gəncin dramı

Bir neçə gün öncə Rusiyanın Ulyanovsk vilayətinin Patrikivo qəsəbəsində baş vermiş faicə dünya mediasının gündəminə çevrildi.

16 yaşlı Timur Kimaletdinov Marina adlı anasını, iki azyaşlı bacı,qardaşını nənə və babasını baltaladıqdan sonra canına qəsd edib.

Tanıyanlar hər kəs Timurun ağıllı sakit, pozitiv yeniyetmə olduğunu deyir. Bu qəribə və dəhşətli qətlin arxasında nə dayanması hələ də sirr pərdəsi olaraq qalır. Timur özünüöldürməzdən öncə məktub yazaraq “ölmək istəyirəm, lakin üzülməsinlər deyə yaxınlarımı da özümlə aparmalıyam” deyə mesaj yazıb. Araşdırmalar zamanı onun qətl hadisəsini törətməzdən öncə heç bir narkotik maddə qəbul etmədiyi, yüngülcə sərxoş olması üzə çıxıb.

Onun ailəsində böyük problemlər yox idi. Atası ilə anası boşansa da münasibətlər kəskin deyildi, oğlan atası ilə də ara-sıra görüşürdü. Bəziləri onu özündən 4 yaş kiçik əkiz bacı və qardaşını qısqandığı üçün öldürdüyünü deyir. Lakin o balacalara dayəlik etməyi sevməsə də, öldürəcək qədər nifrət də etmirdi. Məktəb qiymətləri yüksək idi. Nümunəvi davranışları ilə fərqlənirdi. Timurun məzarı ailəsindən uzaqda basdırılıb. Öldürdüyü beş nəfər bir yerdə, o isə məzarlığın ayaq dəyməyən uzaq bir küncündə dəfn edilib. Məzarın üstünə tanımaq üçün lövhə belə vurulmayıb.Dəfn işləri ilə ailəni yeganə sağ qalan üzvü, onlardan ayrı yaşayan ata məşğul olub.

Dəşətli cinayəti törətməzdən öncə Timur kənddə təşkil edilmiş əyləncəli tədbirdə olub, diskotekada rəqs edib, bir qədər içib və gecə saat 11-də evə gedərək ailə üzvlərini baltalayıb. Daha sonra da kənddəki qülləyə çıxaraq özünü ordan atıb. Dostunun dediyinə görə, Timur ailə üzvlərinin ona yetərli sevgi göstərməməsindən hiddətlənərək bu hadisəni törədib. Əslində üzdə sakit və mehriban görünən bir gəncin əslində içində gizlətdiyi fırtınalar, sevgi azlığı sonunda bu qədər dəhşətli bir hadisəyə səbəb oldu. Dünyanın o biri başında olsa belə hər hadisədən çıxarılacaq bir dərs var. Timurun törətdiyi cinayətə qoşulmuş olduğu hansısa sekta, illərlə yığılıb qalmış və basdırılmış duyğular da səbəb ola bilər. Üstəlik yaşının da hər şeyi olduğundan daha emosional qavradığı bir dönəm olduğu nəzərə alınmalıdır. Ailələrinizdə böyüyən uşaqlara diqqət edin və ən əsas da özünüzə. Hər kəlməmiz və olumsuz bir davranışımızla yaxınlarınmızın ətrafdakılarımızın içində bir canavar yetişdirmiş ola bilərik.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »