Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çimərliklərdə ilan qorxusu: "Su ilanlarıdır, insanlar onları narahat edir" - Video

Son vaxtlar çimərliklərdə ilanlara daha çox rast gəlinir.

Sosial şəbəkələrdə də Bilgəh və Pirşağı çimərliklərində ilanların görüntüləri yayılıb. Bəzi vətəndaşlar bundan narahat olduqları üçün çimərliklərə getmək istəmirlər.

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun mütəxəssisi, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov Oxu.Az-a bildirib ki, müşahidə edilənlər su ilanlarıdır:

"Havaların isti keçməsi ilə əlaqədar, təbii ki, çimərliklərə üz tutanların sayı artıb. İnsanlar daş və qayalıqların çox olduğu ərazilərdə də çimirlər. Həmin qayalıqların çox olduğu çimərlik ərazilərində isə ilanların yuvaları var. İnsanlar həmin yerlərdə suya girərək ilanları bir növ narahat edirlər. Onlar da daha sakit yer axtarmaq üçün səpələnirlər.

Bundan başqa, ilanlar güclü istilərlə əlaqədar olaraq daha sərin yerlər axtarır. Həmin ilanlar heç bir halda insanlara hücum etmir, insan sağlamlığı üçün təhlükəli deyil".

T.İsgəndərov qeyd edib ki, su ilanlarının sancması yalnız allergik reaksiya verər:

"Bu ilanlar qətiyyən zəhərli deyillər. İnsanlar bəzən bu ilanları tutub öldürməyə çalışır. Təbii ki, bu halda ilanlar da sakit dayanmayacaq, özünü müdafiə etməyə çalışacaq. Su ilanının ağzında çürüntü məhsulları olur. Əgər insanı dişləsə, mümkündür ki, allergik reaksiya versin. Amma bu, ciddi və dərin problemlər yaradacaq qədər təhlükəli hal deyil".

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› Keçmiş deputatın prokuror oğlu qaydanı pozdu - Video
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »