Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pilot Rəşad Atakişiyevlə vida mərasiminə jurnalistlər buraxılmır - Foto

Nəşi tapılan polkovnik-leytenant Rəşad Atakişiyevlə vida mərasiminə jurnalistlər buraxılmır.

Bizimyol.info xəbər verir ki, bu gün saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində (TTM) qəzaya uğramış MiQ-29 hərbi təyyarəsinin pilotu Rəşad Atakişiyevlə vida mərasimi keçiriləcək.

TTM-in Nəzarət Buraxılış Məntəqəsində xidmət göstərən hərbi polis əməkdaşları vida mərasiminə jurnalistlərin buraxılmadığını deyib.

Məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətindən açıqlama almaq mümkün olmayıb.

Qeyd edək ki, bu gün iyulun 24-də plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »