Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
1 dəqiqə ərzində dünyada nə baş verir? – 250 uşaq dünyaya gəlir, 116 nəfər evlənir

İlk baxışdan 1 dəqiqə böyük zaman kəsiyi kimi görünmür. Amma bu 60 saniyə ərzində dünyada çox şey baş verir.

Bizimyol.info xəbər verir ki, 1 dəqiqə ərzində təxminən 250 uşaq dünyaya gəlir. Özü də bu uşaqlardan 113-ü bütün ömürboyu kasıb yaşayır.

Ölənlərin sayı nisbətən az olur – 107 nəfər. Heç də hamı təbii ölümlə getmir. Məsələn, 1 dəqiqə ərzində 20 nəfər acından ölür. 7 nəfər siqaretin, 2 adam isə qəzanın qurbanı olur.

Hər dəqiqə dünyada 116 nəfər evlənir. Təbii ki, boşananlar daha azdır.

Təbiət də bu zamana çox şeyi sığışdırır. Məsələn, 5 zəlzələ olur. Təəssüf ki, insanların üzündən 28,5 min ağac sıradan çıxır.

İnsanların sosial şəbəkələrdə fəallğı getdikcə artır. Təsəvvür eləyin, 1 dəqiqədə “Instagram”a 216 min foto yerləşdirilir.

Son xəbərlər
Bütün xəbərlər »