Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Niderlandda niqab qadağası ilk dəfə tətbiq olundu

Niderlandda sürücü niqablı qadına avtobusa minməyə icazə verməyib.

"De Telegraaf" qəzetinin yazdığına görə, "Arriva" nəqliyyat şirkəti də belə bir hadisənin baş verdiyini təsdiqləyib.

İnsident avqustun 19-da Limburq vilayətinin Steyn bələdiyyəsində yaşanıb. Sərnişin qadınlardan birinin üzü bağlı olduğundan, sürücü avtobusu sürməkdən imtina edib. Öz növbəsində qadın nə üzünü açıb, nə də avtobusdan düşməyə razı olub. Polis işə qarışıb və qadın nəqliyyat vasitəsindən zorla uzaqlaşdırılıb.

Bu, Niderlandda niqaba qadağanın tətbiq edildiyi ilk hadisədir. Xatırladaq ki, bununla bağlı rəsmi qadağa avqustun 1-dən qüvvəyə minib. Qadağaya əməl etməyənlər 150 avro məbləğində cərimə olunacaqlar.

Avropada üz bağlamağı qadağan edən ilk ölkə Fransadır. Bunun ardınca Avstriya, Belçika, Bolqarıstan və Danimarkada da niqaba qarşı bənzər qanun qəbul edilib. (Oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »