Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya miqrantları kütləvi qaydada deportasiya etməyə hazırlaşır

Almaniya miqrant siyasətini sərtləşdirib. Ölkəyə sığınan xeyli əcnəbi deportasiya olunur. Amma bununla bitməyəcək. Almaniya miqrantlara yeni sürpriz hazırlayır.

Bizimyol.info xəbər verir ki, öz vətənində dincələn miqrantlar deportasiya olunacaq. Almaniyanın daxili işlər naziri Xorst Zeexofer son müsahibəsində belə açıqlama verib.

“Bild am Sonntag”a danışan nazir daha çox suriyalıların belə davrandığını deyib. Zeexofer bildirib ki, özünü rejimin qurbanı kimi təqdim edənlərin Suriyada dincəlməsi məntiqsizdir: “Belə adamların qaçqın statusu əlindən alınmalıdır”.

Zeexofer deyib ki, Suriyadakı situasiya imkan verən kimi Almaniyadakı qaçqınlar geri qaytarılacaq.

Hüquq müdafiəçilərinin hesablamasına görə, son illər Suriyadan Almaniyaya 780 min nəfər üz tutub.

Son xəbərlər
Bütün xəbərlər »