Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nursultan Nazarbayev yazdığı mahnıya klip çəkdirib — Video

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev pensiyaya çıxması ilə bağlı öz bəstələdiyi mahnıya klip çəkdirib.

Videoçarx Nazarbayevin "İnstagram" səhifəsində yerləşdirilib.

Klipdə Nazarbayev Qazaxıstanın dağətəyi ərazilərində gəzərək vətən haqqında mahnı ifa edir.

Musiqinin sözləri Nazarbayevə, musiqisi isə Altınbek Korazbayevə məxsusdur. Kadr arxasında mahnını peşəkar artistlər ifa edir.

Mahnının sözləri belədir: “Mən çox ölkələr gəzdim. Onlardan heç biri Altay dağları ətəyində yerləşən üçtəpəli doğma Qazax torpağımla müqayisə edilə bilməz. Burada mənim uşaqlığım keçdi, mənim nəsil köküm bu torpaqlardandır”.(oxu.az)

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »