Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin klonlanmış pişiklərin satışına başlayır

Çinin "Sinogene" şirkəti yaxın zamanlarda klonlanmış pişiklərin ticarətinə başlayacaq.

"Bizimyol.info" xarici KİV-ə istinadən xəbər verir ki, artıq şirkət rəhbərliyi heyvanın genetik sürətini əldə etməyi bacarıb.

Şirkətin ilk klonladığı pişiyə "Sarımsaq" ləqəbi verilib. Lakin, onların pişiklərlə kifayətlənməyəcəyi bildirilib. Gələcəkdə "Sinogene" atları və göyərçinləri klonlayacağını qeyd edib.

Alıcılar sevimli heyvanlarını əldə etmək üçün 35 min dollar ödəməli olacaq.

Qeyd edək ki, Çində birçox ailə dünyaya uşaq gətirmək yerinə ev heyvanı saxlamağı seçir.

Adelya

Son xəbərlər
Bütün xəbərlər »