Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan ermənilərə kredit verilməməsində bankları haqlı sayıb

"Paşinyan Ermənistan banklarının İran ermənilərinə kredit verilməməsini dəstəkləyib".

“Ölkə.Az” xəbər verir ki, Çaxkadzorda biznes-forumda çıxış edən baş naziri Nikol Paşinyan İranda yaşayan ermənilərə müraciət edərək, Ermənistan bankı onlara kredit vermirsə, digər banklara müraciət etməyi tövsiyyə edib.

“Çünki hökumət banklara İran ermənilərinə kredit verməyə məcbur edə bilməz. Banklar özəldir.Onların eyni zamanda xarici investorları var. Hökumət xüsusən də bankların kimlərə kredit verməsi məsələsində onların işinə müdaxilə edə bilmir ”-Paşinyan deyib.

Paşinyan bunun səbəbini beynəlxalq aləmdə İran ətrafında yaranmış durumla izah edib: “İran ermənilərinə kreditlərinin verilməməsinin başqa bir siyasi səbəbi var, bu da ondan ibarətdir ki, beynəlxalq aləmdə bu ölkə ətrafında yaranan siyasi konyukturadır. Ona görə də həmin bankların kredit verməkdən imtina etməyin səbəbini anlamaq lazımdır”.

Son xəbərlər
Bütün xəbərlər »