Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İmamoğlu 50 jurnalisti işdən çıxardı - Foto

Tükiyə mediasında İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu ilə bağlı “İmamoğlu qətliyama davam edir” başlıqlı yazı dərc olunub. Bizimyol.info Yeni Şafak-a istinadən xəbər verir ki, məqalə müəllifi İmamoğlunu gəldiyi gündən bəri yeni quruculuq işləri ilə deyil, qapı önünə qoyduğu işçilərlə gündəmə gəlməkdə ittiham edir.

“Bu gün “IBB Medya A. Ş”-də 50 jurnalistin işinə xitam verilib. İmamoğlu seçkilərdən öncə “heç kimin işinə son verilməyəcək” cümləsini sıx- sıx istifadə edirdi.

Əkrəm İmamoğlu

Seçkiiləri qazandığı gündən bəri İstanbuldan çox fərqli rayon və qəsəbələrə səfər edən,özünün təyin etdiyi işçiləri bir gün sonra işdən atan, İstanbulu sel apararkən Bodrumda istirahət edən İmamoğlu bələdiyyələrdə işçiləri işdən çıxarıb atmaq aksiysına davam edir. Bələdiyyələrdən sonra “İBB Medya A.Ş”-yə əl atan yeni başqan 50 jurnalistin işdən çıxarılmasına əmr verib.İşdən çıxarılanlara hər hansı bir açıqlama verilməyib”,- deyə məqalədə qeyd edilir.

Son xəbərlər
Bütün xəbərlər »