Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan qarayara xəstəliyinə yoluxdu

Ermənistanın Geqarkunik vilayətinin Gehovit kəndində 5 nəfərdə qarayara (Sibir yarası) xəstəliyi tapılıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

“Gehovit kəndinin iki sakini Martunidəki xəstəxanaya qarayara xəstəliyi ilə bağlı müraciət edib. Onlar bildiriblər ki, bir neçə gün əvvəl kənddə mal-qara kəsiblər. Sonradan daha 6 nəfər sakində bu xəstəliyin simptomları aşkar olunub”, - nazirlikdən bildirilib.

Nazirliyin məlumatına görə, sakinlərdən götürülən DNT analizləri nəticəsində 5 nəfərdə bu xəstəlik aşkarlanıb və onlar Yerevandakı “Nork” infeksiya xəstəxanasına göndəriliblər.

Xatırladaq ki, qarayara kənd təsərrüfatı və vəhşi heyvanların bütün növləri, həmçinin insanlar üçün olduqca təhlükəli yoluxucu xəstəlikdir. Bəzən bu xəstəliyi "bədxassəli çiban" da adlandırırlar.

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »