Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Toyu olan nazir oğlu haqqında bilinənlər

Xarici işlər naziri Elmar Məmmədyarovun bir gün əvvəl toyu olan oğlu Riyad haqqında bəzi faktlar ortaya çıxıb.

Bizimyol.info xəbər verir ki, jurnalist Cavanşir Həsənli sosial mediada onun haqqında bu fikirləri paylaşıb. "Bir dəfə yazmışdım, məmur övladlarının içində bəlkə də ən saf olanı Elmar Məmmədyarovun oğlu Riyad Məmmədyarovdur. Digər nazirlərin, məmurların övladlarından fərqli olaraq biznes, pul dalınca qaçmayıb. Şirkəti filanı da yoxdur.

Amerikada Nyu-York universitetində kinomatoqraf ixtisası üzrə təhsil alıb. Dəbdəbəli həyatı yoxdur, grafika və fotoqrafiya ilə maraqlanır. İngilis və rus dillərində səlis, danışır, dilimiz sarıdan kasaddır. Amerikalı xanımla ailə qurub, toyu da sadə keçib. Azərbaycana qayıtmaq fikri yoxdur, bundan sonra ABŞ-da yaşayacaq". Xatırladaq ki, Riyad Məmmədyarov Aleks Zapalla adlı amerikalı xanımla ailə həyatı qurub.

Cütlüyün toyu ABŞ-da baş tutub. Nyu-York şəhərində keçirilən mərasim sadəliyi ilə diqqət çəkib. Toyda Elmar Məmmədyarovla yanaşı, ailə üzvləri, eləcə də cütlüyün yaxınları iştirak ediblər. Riyad Məmmədyarovla Aleks Zapallanın münasibəti 4 il öncə başlayıb. Onlar Nyu-York Universitetində təhsil alarkən tanış olublar. Cütlük rəsmi nikaha ötən ilin yayında daxil olub, ötən gün isə toy ediblər. Elmar Məmmədyarovun digər oğlu Emin Məmmədyarov da ABŞ-da yaşayır.

Son xəbərlər
Bütün xəbərlər »