Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Rəşadın ayağı bir neçə gün əvvəl, bədəni isə bu gün tapılıb”

“Rəşadın nəşi təyyarənin düşdüyü yerdən tapılıb”. Bu sözləri News24.az-a açıqlamasında mərhumun qayınatası Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, cəsəd bütöv deyilmiş: “Hazırda nəşin tapıldığı yerdən qayıdıram. Nəşin tanınması üçün məni çağırmışdılar. Cəsəd bütöv deyil. Çanaq və bədənin müəyyən hissələri tapılıb”.

Q.Hüseynlinin dediyinə görə, pilotun nəşinin bir ayağı 3 gün öncə tapılıbmış. Amma bu haqda ailəsinə məlumat verilməyib: “Ayağının birini tapıblarmış. Amma bizə bu haqda heç nə deməmişdilər. İndi də bədənin kresloda olan hissəsi aşkarlanıb”.

Mərhum pilotun qayınatasının dediyinə görə, sabah saat 9-da onunla vida mərasimi olacaq: “Bu gün Təzə Pir Məscidində nəş yuyulacaq. Sabah səhər saat 9-da Dadaş Bünyadzadə küçəsində yaşadığı evdə onunla vida mərasimi keçiriləcək. Daha sonra Müdafiə Nazirliyinin Hərbi Tədris Mərkəzində rəsmi vidalaşma mərasimi olacaq. Və əsgəri qaydada II Fəxri Xiyabanda dəfn olunacaq”.

Qabil Hüseynlinin dediyinə görə, təyyarə düşdüyü yerə bərk çaxıldığı üçün cəsəd hissələrə ayrılıb: “Mütəxəssislər deyir ki, “MİQ 29” yerə enərkən burnu üstə zərblə çırpılıb. Sıxılma prosesi gedib və cəsəd əzilib. Pilot kabinəsi də bu səbəbdən yerini dəyişib. Cəsədin ancaq bədən hissəsi bütöv qalıb”.

Xatırladaq ki, polkovnik-pilot Rəşad Ataakişiyevin nəşi bu gün tapılıb.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Allah rəhmət eləsin!

Paylaş »
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Məktəb direktorunun qızı: Anamı xəstəxanada öldürüblər... - Fotolar
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
››› Ana oğlunu qorumaq üçün Prezidentə müraciət edib: “Deyirlər, generalı təhqir etmisən”
Son xəbərlər
Bütün xəbərlər »