Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şabranda əlillərin binasında yanğın olub, xəsarət alanlar var

Şabranda dördmərtəbəli binada yanğın baş verib.

Yanğın hadisəsi ilə bağlı xəstəxanaya yeddi nəfər gətirilib.

Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, 51 yaşlı kişi sağ topuğun kəsilmiş yarası, 29 yaşlı kişi və 16, 42, 35, 24 və 30 yaşlı qadınlar isə stress və tüstüdən boğulma ilə xəstəxanaya müraciət ediblər.

Onlardan ikisi cərrahiyyə şöbəsinə, beş nəfər isə reanimasiyaya yerləşdirilib. Vəziyyətləri orta ağır qiymətləndirilir. Həyatları üçün təhlükə yoxdur.

Son xəbərlər
Bütün xəbərlər »