Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dişini çəkdirən kişinin gözünü də çıxardılar - Foto

Türkiyənin Hatay şəhərində yaşayan Mustafa Bulat dişini çəkdirərkən gözündən olub.

Bizimyol.info Türkiyə mediasına istinadən xəbər verir ki, pasiyent tərəfindən məhkəməyə verilmiş həkim özünü günahkar bilməyərək bu iddiaları rədd edir.

Dişi ağrıyan Mustafa Bulat atası Sefer Bulat il Hatayın Belen qəsəbəsində sağlıq mərkəzində dişini çəkdirib. Ailənin iddiasına görə, həkim ətraflı yoxlama aparmadan Mustafa Bulatın dişini çəkib və bu səfərdən Mustafa Bulat sol gözünü itirib.

Dişini çəkdirdi gözündən oldu 1

“Həkimə getdik, dərdiniz nədir sordu, oğlum “dişim ağrıyır” deyincə dişi çəkdi atdı.Nə rentgen etdi, nə iynə vurdu.

Dişi çəkiləndən sonra üzündə şiş yarandı, biz şişin dişə görə yarandığını düşündük.Getdikcə artan şişdən şübhələndik, yenidən həkimə getdik, Hatayda Mustafa Kamal Universitetində Araşdırma və Tətbiqetmə Xəstəxanasında əməliyyat olundu.Daha sonra Çukurovada oğlumun üzünü parçaladılar, gözünü əməliyyatla götürməli oldular. Mən bütün bunlara diş həkiminin səhlənkarlığının səbəb olduğunu düşünürəm” deyə Mustafanın atası bildirib.

Hazırda diş həkiminə qarşı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »