Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ruslar Türkiyədə 2 milyon dollar dəyərində yaxtanı qaçırıblar

Rusiyanın Dəniz Donanmasının istefada olan polkovnikinin rəhbərlik etdiyi bir qrup rusiyalı Türkiyənin Marmaris şəhərində 2 milyon dollar dəyərində yaxtanı qaçırıblar.

“Deniz Gazete”in verdiyi xəbərə görə, yaxtanı qaçıranlardan biri Moskvada saxlanılıb.

Məlumata görə, iyulun 13-də Rusiya vətəndaşları bir həftə müddətində yaxtanı icarəyə götürüblər. Çarter şirkəti isə yaxtanın limana qayıtmadığını bildirib. Sonradan isə yaxta iyulun 16-da Türkiyənin ərazi sularını tərk edib.

Yaxtanı icarəyə verən şirkət "İnterpol"a müraciət etdikdən sonra yaxtanın 8 nəfər tərəfindən qaçırıldığı məlum olub.

Bildirilib ki, Rusiyanın Dəniz Donanmasının istefada olan polkovniki Oleq Popilovun rəhbərlik etdiyi banda son 4 ildir Aralıq dənizində fəaliyyət göstərir. Ötən il onlar 49 yaxta, bu il isə 37 yaxta qaçırıblar. Onlardan yalnız 6-sı tapılıb. Ümumilikdə Türkiyədən 16 yaxta oğurlanıb. Moskvada bandanın bir üzvü Anatoliy Şutov həbs edilib. Digərləri isə beynəlxalq axtarışa verilib.(apa)

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »