Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputata məxsus istirahət mərkəzi ƏDV qeydiyyatında deyil – Foto
Milli Məclisin deputatı İqbal Məmmədova məxsus Lerik rayonunda fəaliyyət göstərən “Relaks” istirahət və turizm mərkəzi əlavə dəyər vergisi ödəyici (ƏDV) qeydiyyatında deyil.

Bizimyol.info xəbər verir ki, “Relax Resort and Spa hotel” Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi ödəyicilərinin edintifikasiya nömrəsini (VÖEN) Vegilər Nazirliyinin saytında axtarışa verəndə bu fakt üzə çıxıb. Bu isə o deməkdir ki, deputat faktiki sahəsi 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzinin ərazisini gizlədərək əmlak vergisini ödəməyib.

Relax

Vergidən yayınmaq məqsədilə mərkəzin əmlakları və obyektlər ayrı-ayrı vergi ödəyicilərin adına rəsmiləşdirilib. Obyektlərin böyük bir hissəsi isə uçotdan yayındırılıb. Vergilər Nazirliyi “Relaks” istirahət və turizm mərkəzində cari il avqustun 16-da keçirilməsi planlaşdırılıb. Nəzarət tədbirinin həyata keçirilməsinə istirahət mərkəzindən dövlət büdcəsinə ödənilən vergilərin kəskin şəkildə azalması səbəb olub.

Belə ki, qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyektin fəaliyyət göstərməsinə baxmayaraq, 2018-ci ildə cəmi 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat məbləğində vergi ödənilib.

Son xəbərlər
Bütün xəbərlər »